Boliviyada mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb.
Teleqraf.com-un “TASS”-a istinadən verdiyi xəbərə görə, qəza ölkə paytaxtı Sukre şəhərindən 35 km aralıda baş verib.
İlkin məlumata görə, yük maşını əks hərəkət zolağına çıxaraq mikroavtobusla toqquşub. Araşdırma aparılır.