Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl qardaşı Hacı Əli Dəmirəlin dəfnində iştirak edə bilməyəcək.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Dəmirəlin şəxsi həkimi Aylin Cəsur bildirib. Onun sözlərinə görə, infeksion xəstəlik səbəbilə iki həftə xəstəxanada müalicə alan Dəmirəlin vəziyyəti yaxşıdır.
Aylin Cəsur eks-prezident Dəmirəlin toplantılara və kütləvi tədbirlərə, həmçinin dəfn mərasiminə qatıla bilməyəcəyini qeyd edib.
Samir