20 Dekabr 2014 11:40
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan mücahidlərinin əmiri Əbu Məhəmməd “İslam dövləti”nə tabe olduğunu bəyan edib.


Axar.az xəbər verir ki, onun “İslam dövləti”nə tabe olduğunu etiraf etdiyi haqqında görüntülər sosial şəbəkələrdə yerləşdirilib.


Məlumatda həmçinin Əbu Məhəmmədlə bərabər, Dağıstan mücahidlərinin komandirlərindən olan Əbu Məhəmməd Araçaulskiy də “İslam dövləti”nə tabe olduğunu bəyan edib. Əbu Məhəmməd bu çıxışını bütün Dağıstan mücahidləri adından etdiyini bildirib. Videonun dekabrın 16-da qeydə alındığı bəlli olub.

Bəzi rus ekspertləri Əbu Məhəmmədin bu addımını “İmarət Qafqaz”ın artıq parçalanmaq ərəfəsində olmasıyla əlaqələndiriblər.


Xatırladaq ki, bundan öncə Xasavyurt rayonundakı döyüşçülərin rəhbəri Suleyman Zeynalabdinov İŞİD rəhbərinə tabe olduğunu bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər