Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, əcnəbilər qruplaşmanı tərk etmək niyyətində olduqlarına görə qətlə yetiriliblər. Məlumata görə, əcnəbi silahlıların “hərbi xidmətinə” nəzarəti qruplaşmanın mənzil-qərargahı yerləşdiyi Rakka şəhərində (Suriya) yaradılan hərbi polis həyata keçirirmiş.
Financial Times nəşrinin görə, İŞİD hərbi polis əməkdaşlarının “hərbi xidmətdən” yayınan onlarla əcnəbi silahlılara qarşı keçirdiyi reydlər zamanı qruplaşmanın tərkibində vuruşan bir çox xarici vətəndaş saxlanılıb. Edam olunan şəxslərin milliyyəti barədə məlumat verilmir.