Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki, Ukraynadakı münaqişənin tərəfləri danışıqlar stolu arxasına keçməlidir.
"Hesab edirəm ki, indi hamının əsas vəzifəsi müharibəni dayandırmaq, Ukraynanın müstəqilliyini möhkəmləndirmək, onun ərazi bütövlüyünü tanımaq və bu gün Rusiya rəhbərliyinin də haqqında danışdığı danışıqlar stolu arxasına keçmək lazımdır", - Nazarbayev Qazaxıstan telekanallarının jurnalistləri ilə söhbətində bildirib.
O, qeyd edib ki, Qazaxıstan Rusiya və Ukraynaya eyni cür yanaşır: "Mən heç bir tərəfi dəstəkləməyən, neytral, vicdanlı menecerəm. Bu, bizim xoş məramımızdır", - Qazaxıstan prezidenti bildirib.
Nihad