30 Dekabr 2022 21:42
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında mümkün görüşlə bağlı Dəməşqdən yeni açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, Əsədin rəhbərlik etdiyi “Bəəs” partiyasının deputatı Nabil Tume Ərdoğan-Əsəd görüşünün mümkünlüyünə diqqət çəkib.

Suriya liderinin türk həmkarı ilə görüşdən imtina etməsi ilə bağlı suala cavab verən deputat deyib: “Prezident Aparatı bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Mediada yayılan sırf spekulyasiyadır”.

Görüşün nə vaxt baş tutacağı məsələsinə gəldikdə, Nabil Tume Türkiyədə 2023-cü ildə keçiriləcək seçkilərə işarə edib:

“Türkiyə 2023-cü ildə çox mürəkkəb siyasi durumun içində olacaq. Xüsusilə qarşıdan gələn prezident seçkiləri buna misaldır. Suriya olaraq seçkilərdən əvvəl belə bir addımın Ərdoğana fayda verib-verməyəcəyini düşünməliyik”.

Suriyalı deputat əlavə edib:

“Eyni zamanda, bu görüş Suriyaya qarşı ədalətsiz sanksiyaların yumşaldılmasına gətirib çıxaracaqmı? Bu, ölkənin iqtisadi, siyasi və sosial blokadasının bir hissəsinin qaldırılmasına töhfə verəcəkmi? Bunları nəzərə almaq lazımdır. Bu çərçivədə görüş seçkilərdən əvvəl və ya sonra ola bilər”.

Deputat Suriyanın Türkiyədən gözləntisi haqda bunları deyib:

“Suriya gözləntidən çox, 2011-ci ilə qədər mövcud olan qonşuluq münasibətlərinin əsas prinsiplərinin həyata keçirilməli olduğunu düşünür. Bu nöqtəyə qayıtmaq üçün Türkiyə tərəfi Suriyanın və bütün qonşularının təhlükəsizlik və sərhəd təhlükəsizliyi hüququna müsbət münasibət göstərməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər