Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovodakı son durumla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Serbiya lideri hələlik NATO ilə Kosovoda fəlakətdən qaça bildiklərini deyib.
Vuçiç Avropa nümayəndələri ilə görüşərək Kosovodakı durumla bağlı xəbərdarlıq etdiyini bildirib:
“Vəziyyət çox təhlükəli və ciddidir. Hər halda, NATO ilə fəlakət yaşaya bilərdik. Hələlik bunun qarşısını almağı bacardıq”.
Beynəlxalq ictimaiyyətin Serbiyaya verdiyi vədləri yerinə yetirməsinin vacib olduğunu dilə gətirən Vuçiç avropalıların məsuliyyətsiz davranacağından narahatlıq keçirdiyini, amma serblərin bir daha onlara qarşı terrora icazə verməməkdə qərarlı olduqlarını söyləyib.