Dünya Bankı Ukraynata 378,4 milyon dollar məbləğində kredit verib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə bankın regional direktoru Çimyao Fan deyib.
Onun sözlərinə görə, yardım elektroenergetikanın inkişafı üçün həyata keçirilib: “Enerji sektoru Ukrayna üçün strateji əhəmiyyətə malikdir. Bu məbləğ ölkənin enerji təhlükəsizliyinin artmasına kömək edəcək”.
Kredit 2014-ci ilin martında təsdiq edilmiş 18 il müddətinə 3,5 milyard dollar həcmində yardım paketi çərçivəsində həyata keçirilib.
Samir