14 Yanvar 2023 20:13
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna limanlarından 17 milyon 254 min tondan çox taxıl daşınıb.

Teleqraf.com-un məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş açıqlayıb.

Bildirilir ki, daşınma çərçivəsində 643 gəmi Ukrayna limanlarından taxıl yola salınıb.

Qeyd edək ki, 2022-ci il iyulun 22-də İstanbulda BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə Ukrayna ərazisindəki üç limandan - Çernomorsk, Odessa və Yujnı limanlarından taxıl ixracı üçün dəhlizin yaradılmasına dair sənəd imzalanıb.


Müəllif: Yeganə Oqtayqızı