24 Dekabr 2014 09:58
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın NATO-ya girişi İttifaqa “yeni nəfəs” verərdi”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri “Ukraynanın azadlığına dəstək Aktı”nın müəlliflərindən olan amerikalı konqresmen Adam Kinzinger TSN kanalına müsahibəsində deyib.

“Mən Ukrayna və Gürcüstanı NATO sıralarında görməkdən məmnun olardım. Amma bu həqiqətən də uzun və mürəkkəb prosesdir. Amma bu danılmazdır ki, Ukrayna ittifaqa yeni nəfəs verərdi", - Adam Kinzinger bildirib.

Xatırladaq ki, Ukrayna Ali Radası dünən bloklara qoşulmayan üzv ölkə statusundan imtina edib. Yeni qanun bütün hərbi-siyasi ittifaqlara, o cümlədən NATO-ya qoşulmaq üçün sifariş verməyə icazə verir.


Müəllif: