3 Fevral 2023 11:12
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələri Luqansk və Donetsk vilayətlərinin 10 yaşayış məntəqəsi ərazisində rus işğalçılarının hücumlarını dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahın “Facebook”dakı səhər xülasəsində deyilir.

Ağır itki verən düşmən hər şeyə baxmayaraq Limanski, Baxmutski, Avdeyevski və Novopavlovski istiqamətlərində hücum əməliyyatlarını dayandırmır.

“Son 24 saat ərzində Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Stelmaxivka, Nevskoye və Beloqorovka yaşayış məntəqələri və Verxnekamenskoye, Nikolaevka, Krasnaya Qora, Paraskovievka, Baxmut, İvanovskoye və Kurdyumovka ərazilərində işğalçıların hücumlarını dəf edib, - Baş qərargahdan bildiriblər.

Volınski, Polesski, Severski və Slobojanski istiqamətlərində vəziyyət sabitdir, rusların hücum qruplarının formalaşması əlamətləri aşkar edilməyib. Ruslar Çerniqov, Sumı və Xarkov vilayətlərinin 21 yaşayış məntəqəsinin rayonlarını atəşə tutublar.


Müəllif: Nemət