3 Fevral 2023 17:33
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hər an İranla diplomatik münasibətləri kəsməyə hazırdır. Qərar prezidentdən asılıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

O qeyd edib ki, İran Ukraynaya qarşı istifadə üçün Rusiyaya kamikadze pilotsuz təyyarələr verməyə başlayandan qırmızı xətti keçib.

Bundan əvvəl Xarici İşlər Nazirliyi Tehranla diplomatik münasibətlərin kəsilməsi ilə bağlı prezidentə təklif təqdim edib.

Kuleba vurğulayıb ki, bu, bizim İrana siqnalımızdır:

"Rusiya ilə Ukraynaya qarşı əməkdaşlıq sizə nə qədər faydalı görünsə də, əmin edirik ki, bu əməkdaşlığın mənfi nəticələri istənilən faydadan dəfələrlə çox olacaq. Diplomatik münasibətləri kəsmək qərarı İranın gələcək davranışından asılı olaraq hər an verilə bilər".

Eyni zamanda, Ukrayna diplomatiyasının rəhbəri əmin edib ki, yanvarın 29-na keçən gecə İranın hərbi obyektlərinə endirilən zərbələrin arxasında kimin dayandığını bilmir:

“Biz tarixən İrana heç bir pislik etməmişik".


Müəllif: Nemət

Oxşar xəbərlər