5 Fevral 2023 17:06
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin mərkəzindəki Hunan əyalətində magistral yolda 49 avtomobilin toqquşması nəticəsində 16 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata əsasən, şənbə günü axşam 10 dəqiqə ərzində beş böyük qəza baş verib. Qəzaların birində yeddi nəfər ölüb, digər üç qəzada - hər birində üç nəfər, daha bir qəzada isə ölən olmayıb. Hadisə zamanı bir neçə avtomobil yanıb.

Eyni zamanda 66 nəfər yaralanıb.

Qəzanın baş verdiyi ərazidə nəqliyyatın hərəkəti bərpa edilib. Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com