6 Fevral 2023 11:45
2 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur seysmoloq, astronom Frenk Huqerbits fevralın 3-də tvitterdəki paylaşımında Türkiyənin Kahramanmaraş bölgəsi ətrafında gec-tez 7.5 bal gücündə zəlzələ olacağını yazdığı müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, proqnoz doğrulub, Kahramanmaraşın Pazarcık şəhərində 7.4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Hatay, Osmaniyə, Adıyaman, Qaziantəp, Şanlıurfa, Diyarbakır, Malatya, Adana, Elazığ, eləcə də Suriya, Misir və Livanda da hiss olunub.

Şiddətli zəlzələdən sonra astronom Frenk Huqerbitsin üç gün əvvəl yazdığı tvit sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrilib.

Fevralın 3-də Tvitterdə paylaşım edən Huqerbits yazıb: “Gec-tez bu bölgədə (Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan) 7.5 bal gücündə zəlzələlər olacaq”.

Frank Huqerbits dünyada zəlzələ proqnozları ilə tanınır. O, 2015-ci il aprelin 25-də Nepalda baş verən 7.8 bal gücündə zəlzələni bu olaydan beş gün əvvəl təxmin etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər