Ukraynadakı rus ordusu bir gündə “Orlan” tipli pilotsuz uçan aparatı və SU-25 hücum təyyarəsini itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Fevralın 7-də axşam yayılan məlumata əsasən, Ukrayna aviasiyası düşmənin zenit-raket komplekslərinin mövqelərinə iki zərbə endirib.
“Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 7 zərbə endirib. Rusiyanın SU-25 hücum təyyarəsi və “Orlan” tipli PUA-sı məhv edilib”,- Baş Qərargahın açıqlamasında deyilir.