9 Fevral 2023 09:41
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslar Ukraynanın müdafiəsini yarmağa çalışır. Luqansk vilayətində rus işğalçıları artıq hücuma keçib. Onların Ukrayna müdafiəsini yarmağa çalışdıqları Kremenski istiqamətində maksimum gərginlik müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun analitikləri bildirir.

Qeyd olunur ki, Svatovoyenin şimal-qərbində rusların hərəkəti müşahidə olunub.

Bu sektorda hücumda bir neçə bölmənin hissələri iştirak edir.

“Əməliyyat 144-cü və 3-cü motoatıcı diviziyalarının bir neçə alayının (20-ci Əlahiddə Ümumqoşun Ordusu, ZVO), 90-cı tank diviziyasının alayının, 76-cı Hava Desant Diviziyasının və Cənub Hərbi Dairəsinin naməlum bölmələri tərəfindən dəstəklənir”, - hesabatda deyilir.


Müəllif: Nemət

Oxşar xəbərlər