10 Fevral 2023 08:44
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humanitar yardım üçün 85 milyon dollar ayırmaq niyyətindədir.

Teleqraf.com məlumatına görə, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi bildirib.

Məlumata əsasən, ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlər ilə bağlı artan humanitar ehtiyacları qarşılamaq üçün 85 milyon dollar ayıracaq. Qeyd olunub ki, vəsait humanitar təşkilatlar vasitəsilə "təcili olaraq ehtiyac duyulan yardımı milyonlarla insana çatdırmaq" üçün yönəldiləcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər