10 Fevral 2023 13:42
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 16-da Salyan, Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, qəbul Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Dövlət Komitəsi qəbula düşmək istəyən vətəndaşları müvafiq ünvana gəlməyə tövsiyə edir.


Müəllif: Nemət

Oxşar xəbərlər