Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa liderlərini “acınacaqlı aqibət” gözlədiyini, Avropanın “Zevsin oğurlanması” mifində olduğu kimi tamamilə yox olacağını iddia edib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa turnesini şərh edərkən danışıb.
“Gənc avropalı varlıqların qaydaları “köhnə Avropa sivilizasiyası” üçün çox pis nəticələr verəcək. Artıq dünyanın hər yerindən axın edən miqrantların basqınları altında dağılır. Avropa tezliklə Zevsin oğurlanması ilə bağlı məşhur mifi təkrarlayaraq tamamilə yox olacaq”, - Medvedev bildirib.
Rusiya rəsmisi qeyd edib ki, Zelenskinin Qərb liderləri ilə fotoşəkillər çəkdirməsi, canlı yayımları və Qərbin aparıcı media qurumlarının müşayiətilə reallaşan turnesi Ukrayna ordusuna zorla səfərbər edilən yüzlərlə vətəndaşın ölümləri fonunda baş tutub. Eyni zamanda, o deyib ki, hazırkı Avropa liderləri heç vaxt öz sələflərinin, XX əsrin ən dağıdıcı müharibəsindən sonra yeni, müstəqil və çiçəklənən Avropa quranların yanında durmayacaqlar.