Polşa Ukraynaya 250 T-72 tankı tədarük edib və daha 60 modernləşdirilmiş T-72 və PT-91 "Tvardi" və 14 "Leopard" tankı göndərməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski Stokholmda isveçli həmkarı Kristerssonla keçirdiyi mətbuat konfransı zamanı deyib.
Polşa hökumət başçısı bildirib ki, onun ölkəsi fəal şəkildə Ukraynaya dəstək verməyə davam edəcək.