14 Fevral 2023 13:30
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda cəzaçəkmə koloniyasında olan Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev bu gün azad oluna bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

“Məhkəmənin yeni qərarı ilə əlaqədar Atambayev bu gün axşama qədər azadlığa buraxıla bilər”, - məlumatda deyilir.

Sabiq prezidentin qohumları, dostları və silahdaşları artıq onu qarşılamaq üçün cəza çəkdiyi koloniyaya gediblər.

Atambayev 2020-ci ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hesab edir ki, onun 2013-cü ildə kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz olaraq azad edilməsində əli olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər