14 Fevral 2023 16:04
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT-nin baş qərargah rəisi, general-polkovnik Anatoli Sidorov bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynada davam edən “xüsusi hərbi” əməliyyatda birlik ölkələrinin iştirakı məsələsinə toxunub.

Teleqraf.com xəbər verir ki, rusiyalı general belə bir müzakirədən xəbərsiz olduğunu və indiki mərhələdə buna ehtiyacın olmadığını iddia edib.

“Mənim şəxsi fikrimə gəlincə, indiki mərhələdə belə bir ehtiyac yoxdur”, - Sidorov bildirib.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, KTMT-yə üzv dövlətlər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dəqiq mövqe qəbul etmək barədə düşünməli və birgə hərəkət etməlidirlər. Belarus lideri hərbi blokun üzvlərinin əməliyyatlara cəlb edilə biləcəyini istisna etməyib.

KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər