ABŞ-da təhlükə yaratdığı səbəbilə vurulan obyektlərdən birinin 12 dollarlıq hobbi şarı olduğu iddia edilir.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın isti hava şarları qrupunun üzvləri həmin obyektlərdən birinin onlara məxsus olduğundan şübhələnirlər.
Bu səbəbdən ABŞ-ın əməliyyatda istifadə etdiyi, bir saatlıq uçuşda 60 min dollar yanacaq sərf edən F-22 döyüş təyyarəsi ilə yanaşı, 400 min dollarlıq raket də müzakirə olunmağa başlayıb.