İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları, Kahramanmaraşda baş verən zəlzələlər zamanı dağılan binalarla bağlı Qaziantep və Malatya Respublika Prokurorluqlarının başlatdığı araşdırmalar çərçivəsində İstanbulda 6 podratçını saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.
Zəlzələdə dağılan Doğansoy binasının podratçısı V.R.O, Şadoğlu binasının podratçısı N.H, Serap binasının podratçısı R.Ö, Zorlu binasının podratçısı N.G, Bahçelioğlu binasının podratçısı A.K. və Mazıcı binasının podratçısı M.D. həbs ediliblər.