Türkiyədə yenidənqurma işləri çox geniş olacaq. 210 milyon tona yaxın söküntü təmizlənəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının Türkiyə üzrə nümayəndəsi Vinton deyib.
“1999-cu ildə Türkiyədə meydana gələn böyük zəlzələdə, həyat itkisinin yarısından çoxunu görsək də, 13 milyon ton söküntü meydana gəlmişdi”, - BMT nümayəndəsi qeyd edib.
Fevralın 6 -daTürkiyədə meydana gələn zəlzələ fəlakətindən sonra BMT-nin inkişafı mütəxəssisləri ölkənin cənubunda 1,5 milyon insanın evsiz qaldığı və ən az 500 min yeni evin tikilməsinin vacibliyini bildirib.