Uzun illərdir Polşada yaşayan və bizneslə məşğul olan Rusiya vətəndaşı 2015-ci ildən 2022-ci ilin aprelinə qədər Kremlə casusluq edib.
Teleqraf.com xəbər verir ki, casusluqda təqsirləndirilən şəxs aprel ayında Polşa Silahlı Qüvvələrinin və NATO qoşunlarının hərbi hazırlığı haqqında məlumat toplayıb.
Daha sonra Rusiya Kəşfiyyat Xidmətinə göndərdiyi sübut əsasında həbs edilib.
Qdansk prokurorluğunun sözçüsü açıqlamasında bildirib ki, ötən həftə şübhəli şəxslə bağlı Qdansk məhkəməsinə ittiham aktı təqdim olunub:
“Şübhəlinin casusluq fəaliyyəti Polşa Silahlı Qüvvələrinin kəşfiyyat missiyaları apardığı ölkənin şimal-şərq hissəsində yerləşən hərbi hissələrə yönəlib”.
Bundan başqa, şəxslə bağlı korrupsiya cinayətləri də ortaya çıxıb.
Bu, Rusiya və Belarus kəşfiyyat xidmətlərinin Polşa Silahlı Qüvvələrinə qarşı fəaliyyəti ilə bağlı prokurorlar tərəfindən aparılan bir neçə işdən biridir.