24 Fevral 2023 12:32
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Tayvan adası ətrafında təlimlərə ara vermir. Bu fonda Tayvanın müxalif Qomindan Partiyası Çinlə gərginliyin azaldılmasına çalışır. Bu partiyanın rəhbərliyi Çinə ara-sıra səfərlər edərək, bu ölkənin rəsmiləri ilə fikir mübadiləsi aparırlar. Məqsəd Çinin Tayvana hücumunun qarşısını almaqdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri deyirlər ki, Pekin Tayvan rəhbərliyinə təzyiqi artırıb:

“Röyter” agentliyi Pekinin Tayvana qarşı hərbi təzyiqə üstünlük verdiyini yazır. ABŞ-dan dəstək alan Tayvan hökuməti Çinin hegemenloğunu qəbul etmir.

Tayvan əhalisinin mütləq əksəriyyəti vaxtilə Çindən adaya köçənlərdir. Həmin insanların bir qismi Çində kommunist diktaturasının əleyhinə olduqlarına görə vaxtilə ana vətənlərini tərk ediblər. Ancaq ada rəsmiləri Tayvan əhalisinin özünü çinli hesab etmədiyini, tayvanlı olduğunu bildirirlər. Bu yanaşma ona görə səsləndirilir ki, Çinin adaya iddiası olmasın.

Bu arada, Tayvanın Qomindan Partiyasının Pekinlə davam edən dialoqu gərginliyi azaltmaq məqsədi daşıyır. Buna baxmayaraq, partiya rəhbərliyi onları “çinpərəst” adlandırlanlarla razı deyil.

ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri Pekini qəzəbləndirmişdi. Qomindan Partiyasının rəhbərliyi bu qəzəbi və Pelosinin səfərinin təsirini azaltmaq üçün Pekinə səfər edib. Partiya rəhbərliyi hesab edir ki, Pekinlə dialoq qapısı açıq saxlanılmalıdır. Tayvan hökuməti müxalifət partiyasının Pekinlə dialoqunun əleyhinə deyil”.

Təhlildə qeyd edilir ki. 2024-cü ildə Tayvanda prezident seçkisi keçiriləcək:

“Pekin bu seçkidə Qomindan Partiyasının namizədinin qələbəsini arzulayır. Amma fərqli siyasi qüvvələrin namizədinin seçkidə qələbəsi gərginliyi azaltmayacaq. Qomindan Tayvanda ötən ilin bələdiyyə seçkilərində qələbə çalıb. Adanın 22 bələdiyyəsindən 14-ü Qomindanın nəzarətindədir. Bu ondan xəbər verir ki, ada sakinləri Çinlə müharibə istəmirlər. Bütün hallarda Pekin adanı özünə tabe etmək istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər