Bu gün İsveçrənin Cenevrə şəhərində BMT İnsan Hüquqları Şurasının illik sessiyası işə başlayır.
Teleqraf.com xəbər verir ki, yüksək rütbəli diplomatların əsas mövzusu Rusiya ordusunun Ukraynadakı hərbi cinayətlərinin araşdırılması olacaq.
Sessiyanın açılışında BMT-nin baş katibi Antonio Quterreş çıxış edəcək. Ümumilikdə tədbirin ilk həftəsində beynəlxalq platformada BMT Şurasının üzvü olan ölkələrin 150-yə yaxın yüksək vəzifəli rəsmisi çıxış etməlidir. Onların arasında Ukrayna ilə yanaşı, Çin, ABŞ və İran nümayəndələri də olacaq. Sessiya rekord həddə altı həftə davam edəcək.
BMT Şurası çərçivəsində Baş Assambleyanın Rusiyadan öz qoşunlarını dərhal Ukrayna ərazisindən çıxarmasını tələb edən son qətnaməsi fonunda Ukrayna mövzusu dominant olacaq.