Avropa Birliyi (AB) Rusiya qazına son qoyub, idxal olmayacaq.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla Avropa Parlamentinin Sənaye, Tədqiqat və Enerji Komitəsinin rəhbəri Kristian Silvio-Buşoy çıxış edib.
O bildirib ki, Avropa İttifaqının enerji strategiyası çərçivəsində Rusiya qazının tədarükündən tamamilə imtina edir və başqa mənbələrə keçib.
Silvio-Buşoy bununla bağlı deyib: "Biz Aİ-nin REPOWER proqramı ilə bağlı Rusiyadan qaz idxalını tamamilə dayandırmaq və qaz mənbələrimizi diversifikasiya etmək əzmini gördük".
Silvio-Buşoy Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın dəstəklənməsinə yönəlmiş səylər kontekstində komitəsinin fəal addım atdığını da qeyd edib.