Baxmut ətrafında çox gərgin vəziyyət yaranıb. Düşmən şəhəri ələ keçirmək cəhdlərini davam etdirir. “Vagner” hücum təyyarələrini döyüşə atır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.
“Baxmut bölgəsində vəziyyət son dərəcə gərgindir. Düşmən xeyli itki verməsinə baxmayaraq, qoşunlarımızın müdafiəsini yarmaq üçün ən hazırlıqlı “Vaqner” hücum dəstələrini önə atır”, - Sırski qeyd edib.
O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri şərq qalasını müdafiə etməkdə davam edirlər: "Döyüşlərdə onlar çox dözümlülük, qəhrəmanlıq və igidlik nümayiş etdirirlər".
Baş Qərargahın son məlumatlarına görə, Baxmut hazırda ən qanlı döyüşlərin getdiyi beş istiqamətdən biridir.
Ukrayna Müdafiə Nazirliyi ən çətin vəziyyətin şəhər ətrafında yarandığını bildirib. Hücum əməliyyatları zamanı düşmən məhvetmə və tam məhvetmə taktikasından istifadə edir.