1 Mart 2023 11:25
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya silah verilməsinin ciddi nəticələri olacaq.

Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder Çinin Rusiyaya silah tədarük etmək üçün atdığı addıma hələ ki, göz yumduqlarını, lakin Pekini çəkindirmək üçün xəbərdarlıq etdiklərini deyib.

Rayder Çinin mümkün silah transferlərinə qarşı hansı hərbi tədbir görüləcəyini açıqlamayıb:

“Dövlət Departamenti və Ağ Ev deyir ki, Çinin Rusiyaya yardımının nəticələri olacaq və sanksiyalar nəzərdə tutulur. Bu mərhələdə bizim diqqətimiz Ukraynaya mübarizəsində köməkdədir. Bu, Pentaqonun vəzifəsidir. Dövlət Departamenti bu məsələ ilə bağlı diplomatik iş aparır”.

Çinin Rusiyaya yardım etməsinin müharibəni uzadacağını və günahsız insanların ölümünə səbəb olacağını deyən Rayder, sanksiyaların işə yaramayacağı təqdirdə hərbi alternativin olub-olmayacağı ilə bağlı açıqlama verməyib:

“ABŞ-ın bu müharibə boyu beynəlxalq ictimaiyyətlə yanaşı, ixtiyarında çoxlu alətlər var. Qeyd etdiyiniz kimi sanksiyalar da daxil olmaqla, lakin burada sual budur: Çin özünü məhv etmək məqsədi daşıyan düşərgədə görmək istəyirmi?”.


Müəllif: Nemət

Oxşar xəbərlər