1 Mart 2023 17:48
2 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspan seysmoloq Xordi Dias Kusi Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələlərin yaratdığı dalğaların Yer kürəsini 4 dəfə dövr etdiyini və hər turun 3.5 saat sürdüyünü deyib.

Teleqraf.com xəbər verir ki, mütəxəssis açıqlamasında təbii fəlakətlə bağlı fərqli məqamlara diqqət çəkib.

“Bu sürpriz və ya gözlənilən bir şeydirmi” sualına Kusi belə cavab verib:

“Bu, şiddətli zəlzələlərin məlum olan xüsusiyyətidir. Ancaq eyni ərazidə iki şiddətli zəlzələnin olması çox da yayğın deyil”.

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər böyük dağıntılara və çoxsaylı ölümə səbəb olub. Təbii fəlakətdə 45 mindən çox insan həyatını itirib. İki şiddətli zəlzələnin yaratdığı enerji və dağıntılar təkcə Türkiyədə deyil, beynəlxalq ictimaiyyətdə də müzakirə mövzusudur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər