Polis Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında bir neçə vətəndaşı saxlayıb.
Teleraf.com xəbər verir ki, parlamentin arxa girişində polislə toqquşmalar yaşanıb. Etirazçılar polis maşınlarına və parlament binasına yumurta atıblar. Onlar Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbul edilməsinin əleyhinədirlər.
İlkin məlumatlara görə, 3-5 nəfər saxlanılıb və həbslər davam edir.
Qeyd edək ki, insident parlamentdə adıçəkilən qanunun müzakirəsi zamanı baş verib.