Somalidə "Aş-Şabab" terror qruplaşmasının lideri Zəkəriyə İsmayıl Əhməd Xersi həbs edilib.
Teleqraf.com-un məlumatına görə, onun tutulması üçün 3 milyon dollar pul mükafatı söz verilmişdi.
Afrika ittifaqının və Somali hökumətinin birləşmiş qüvvələri onu Qido əyalətində mühasirəyə alaraq saxlaya bilib.
Sentyabrda Pentaqon "Aş-Şabab" qruplaşmasının banilərindən biri Əhməd Qodanın məhv edildiyi haqqda məlumat vermişdi.
Əhməd Qodanı ABŞ-ın aviazərbələri nəticəsində həlak olub.