İranda azı 52 məktəbdə yüzlərlə qız şagirdi zəhərlənib.
Teleqraf.com xəbər verir ki, ölkə mediası zəhərlənmə hadisələrinə görə “Fidayeen Velayat” adlı qrupun məsuliyyət daşıdığını yazır.
Qızların təhsildə iştirakının qadağan edilməli olduğu fikrini müdafiə edən qrup əvvəllər də tələbələri zəhərləməklə hədələyən vərəqələr paylamışdı.
Amma İran hakimiyyəti hadisələrin arxasında məhz bu qruplaşmanın dayandığını hələ açıqlamayıb.