ABŞ-ın hakim Demokratlar Partiyası keçmiş birinci xanım Mişel Obamanı prezidentliyə namizəd olmağa sövq edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin və Pentaqonun keçmiş nümayəndəsi Duqlas Makkinnon bildirib.
Onun sözlərinə görə, Mişel Obama dəfələrlə inkar etməsinə baxmayaraq, Demokratlar Partiyasında namizədlə bağlı sonuncu müzakirələrdə adı hallandırılıb.
Makkinnon hesab edir ki, keçmiş birinci xanım əsas namizəd ola və Demokratlar onu seçkilərdə iştiraka sövq etməyə çalışa bilərlər.
Mişel Obama ABŞ-ın keçmiş prezident Barak Obamanın həyat yoldaşıdır.