“Rusiya işğalçıları Qara dənizdə olan bütün raketdaşıyıcılarını hərbi bazalarda gizlədib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusu Cənub qüvvələri komandanlığının sözçüsü Nataliya Humenyuk məlumat verib.
“Vəziyyət dinamik olaraq dəyişir. Elə indicə məlumat aldıq ki, bütün raketdaşıyıcıları bazalara gətiriblər. Bunu tədricən ediblər, ilk yerüstü raketdaşıyıcıları gətirilib və bir müddət sonra sualtı gəmilər də bazalara daxil olub”, - sözçü deyib.
Humenyuk əlavə edib ki, hazırda Qara dənizdə 11 düşmən gəmisi var, o cümlədən heç bir raketdaşıyıcısı yoxdur.
Humenyuk etiraf edib ki, bu, gəmilərin yenidən yüklənməsinə ehtiyacın olması və ya işğalçıların dənizdə tamamilə zəifləməsi ilə bağlı ola bilər.