9 Mart 2023 12:24
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da nəşr olunan “Foreign Policy” qəzeti Türkiyədə keçiriləcək prezident seçkilərini siyasi ekspertlərlə müzakirə edib.

Teleqraf.com xəbər verir ki, materialda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən məqamlar yer alıb.

Türkiyə liderinin “istedadlı natiq” adlandırıldığı məqalədə qeyd edilib:

“Türkiyə müxalifətinin namizədi (Kamal Kılıçdaroğlu) Ərdoğana meydan oxumaq üçün gərgin mübarizə aparacaq. Ekspertlər Kılıçdaroğlunun seçiciləri inandırmaq üçün mübarizə aparacağını deyirlər”.

Kılıçdaroğlunun son vaxtlar ictimaiyyət önündə daha yaxşı çıxışlar etməyə çalışdığına diqqət çəkən “Foreign Policy” müxalifətin enerjisinin yüksək olduğunu qeyd edib. Buna baxmayaraq, nəşr Kılıçdaroğlunun populyarlığının məhdud olduğunu və yaxşı natiq olmadığını bildirib.

Təhlildə çox fərqli ideologiyalara siyasi liderlərlə vahid mövqe yaratmağın son dərəcə çətin olacağı deyilib. Müxalifət blokunun (Millət İttifaqı) yalnız Ərdoğanla düşmənçilik etməklə seçkidə qalib gəlməsinin çətin olduğunu vurğulayan qəzet Kılıçdaroğlunun əməli addımlarının da ön plana çıxmalı olduğunu qeyd edib.

Prezident Ərdoğanın qiymətlərin artmasına və lirənin ucuzlaşmasına baxmayaraq, xüsusilə mühafizəkar və dindar türklər arasında populyarlığını qoruduğu xatırladılıb. Ərdoğanın son maaş artımları ilə səs payını artırdığı da vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər