Serbiya Prezidenti Aleksandr Vuçiç rəsmi Belqradın Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayacağına and içə bilməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Serbiya lideri ümumiyyətlə buna ehtiyacın olmayacağına ümid etdiyini də deyib.
“Mən mahnıdakı kimi gül və bala and içə bilmərəm ki, (sanksiyalarla bağlı) heç nə etməyəcəyik. And içə bilmərəm, çünki bu, məsuliyyətsizlik olardı. Amma bizim mövqeyimizin qətiyyəti elədir ki, hələ bunu etməyə məcbur deyilik”, - Vuçiç bildirib.
Prezident NATO-nun Yuqoslaviyanı bombalamasına işarə edərək söyləyib ki, Serbiya 1990-cı illərdə baş verənlərə görə rasional, ciddi və saxlamanılması çətin olan mövqe nümayiş etdirib.