15 Mart 2023 21:01
4 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ilk mərhələlərini yaxın bir-iki həftə ərzində gözləmək olar. Əməliyyatlar yüksək dəqiqlikli silahlardan istifadə edilməklə aparılacaq.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Mixail Samus deyib.

Onun sözlərinə görə, əks-hücum əməliyyatlarının başlaması üçün müəyyən şərtlər formalaşmalıdır.

“Əks-hücum əməliyyatının ilk mərhələlərini yaxın günlərdə, qarşıdakı bir-iki həftə ərzində gözləmək olar. Bu əməliyyatlar yüksək dəqiqlikli silahların istifadəsi ilə aparılacaq. İndi daha uzaqmənzilli silahlar gözləyirik, çünki ruslar HIMARS-ın zərbələrindən yayınaraq öz komanda məntəqələrini, sursat anbarlarını cəbhə xəttindən 80 kmilometrdən daha uzaqda saxlamağa çalışırlar”, - Samus bildirib.

Ekspertin fikrincə, Ukrayna HIMARS üçün 150 km uçuş məsafəsinə malik GLSDB raketlərini alarsa, bu, vəziyyəti kökündən dəyişəcək. Bu, Ukrayna müdafiə qüvvələrinə Rusiyanın komanda məntəqələrini, sursatı anbarlarını, kəşfiyyat idarəetmə sistemlərini və şəxsi heyətinin cəmləşdiyi əraziləri məhv etməyə imkan verəcək.

“150 kilometr Krım istisna olmaqla, bütün cəbhə xəttini əhatə edir. Birinci mərhələ müəyyən vaxt aparacaq və Silahlı Qüvvələrin bölmələrinin formalaşdırılmasını başa çatdırmağa imkan verəcəkdi. Üstəlik, havanın temperaturu dəyişəcək. Əməliyyatın ilk mərhələsi hətta Silahlı Qüvvələrin bölmələrinin Qərb silahları ilə gücləndirilməsi başa çatmamışdan əvvəl başlaya bilər. Müəyyən şərait yaradıldıqda quru əməliyyatları həyata keçiriləcək”, - Samus vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər