20 Mart 2023 17:16
2 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Vətən partiyasının sədri Doğu Perinçek prezidentliyə namizəd olub.

Teleqraf.com xəbər verir ki, partiya rəhbəri namizədliyi ilə əlaqəli müvafiq sənədləri Ali Seçki Komitəsinə təqdim edib.

Perinçek namizədlik ərizəsindən sonra mətbuata açıqlama verib.

Partiya sədri açıqlamasında Türkiyənin çətinliklərlə üzləşdiyini deyib:

“Türkiyəmiz böyük çətinliklərlə mübarizə aparır. Amma bilirik ki, biz böyük bir millətin vətəndaşlarıyıq və böyük türk milləti çətinliklərdən böyük həllər və böyük qərarlarla çıxıb.

Prezidentliyə namizədlik üçün lazım olan 100 min imzanı toplamışam. Vətən Partiyası və Doğu Perinçek olaraq çətinliklər içindən gəlirik. Erməni soyqırımı yalanını bitirdik, Silivri divarını yıxdıq, iyulun 15-dən 16-na keçən gecə ABŞ çevrilişinə qarşı çıxdıq, o çevrilişin aradan qaldırılmasında tarixi missiyanı yerinə yetirdik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər