24 Mart 2023 10:29
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya iqtisadiyyatı üçün hərbləşmə təhlükəsi yoxdur".

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Ötən əsrin 70-ci illərinin sonu və 80-ci illərinin əvvəllərində Rusiya iqtisadiyyatında baş verən hərbləşmə hamının yadındadır. İqtisadiyyatımızın həmin formada hərbləşdirilməsi təhlükəsi hazırda mövcud deyil. Biz buna imkan verməyəcəyik”, - Medvedev bildirib.

O qeyd edib ki, bunun üçün prioritetləri düzgün müəyyənləşdirmək və əsas makroiqtisadi göstəricilərə nəzarət etmək lazımdır.

Xatırladaq ki, Dmitri Medvedyev bu yaxınlarda silah istehsalına nəzarət üzrə Hərbi-Sənaye Kompleksinin işçi qrupunun iclasını keçirib. Həmçinin görüşdə Medvedev İosif Stalinin Rusiya müdafiə sənayesi zavodlarının rəhbərlərinə teleqramını oxuyub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər