Fransada pensiya islahatlarına qarşı nümayişlərdə saxlanılanların sayı 457 nəfərə çatıb.
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen CNEWS telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, aksiyalarda 441 polis və jandarm yaralanıb.
Qeyd edək ki, 10 gündür ki, Fransa şəhərlərində pensiya islahatına qarşı kütləvi etirazlar keçirilir.