Türkiyə dost və qardaş Türkmənistanın sabitliyinə önəm verir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Türkmənistanda keçirilən seçkilərlə bağlı bəyanatında deyilir.
"2023-cü il martın 26-da Türkmənistanda keçirilən parlament seçkilərinin dinc və sakit şəraitdə başa çatmasından məmnunuq.
Biz dost və qardaş Türkmənistanın sabitliyinə önəm veririk və seçkilərin nəticələrinin Türkmənistan xalqı üçün faydalı olacağına ümid edirik", - deyə bəyanatda bildirilir.