27 Mart 2023 08:29
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Tel-Əviv şəhərində keçirilən etiraz aksiyası polis əməkdaşları tərəfindən dağıdılıb.

Teleqraf.com xəbər verir ki, polislər aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Məlumata əsasən, aksiyada 105 min nəfərə qədər etirazçı iştirak edib.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Qeyd edək ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Müdafiə nazirinin istefaya göndərilməsi ölkənin bir çox yerində kütləvi etirazlara səbəb olub


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər