Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinləri aprelin əvvəlində Moskvada görüşə bilərlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
Dörd ölkənin rəsmi nümayəndələri arasında bu ayın ortalarında keçirilməsi planlaşdırılan görüşün təxirə salındığını deyən Boqdanov yeni görüş tarixinin müəyyənləşdirilməsi üzərində çalışdıqlarını bildirib.