ABŞ hökuməti rekord məbləğdə hərbi büdcə layihəsini təqdim edəcək. Bu, Çinə qarşı mübarizəyə yönəldiləcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın baş qərargah rəisi, general Mark Milli deyib.
"Bu büdcə Çinlə strateji rəqabətimizin strategiyasına və ciddiliyinə diqqət çəkir. Çin bizim uzunmüddətli geostrateji təhlükəsizlik problemimiz olaraq qalır. Bu büdcə bizi müharibəyə hazırlayır", - general bildirib.
ABŞ-ın hərbi büdcəsinin rekord həddə - 886 milyard dolları olacağı gözlənilir.