Türkiyənin Kahramanmaraş əyalətində zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Kahramanmaraşın Göksun rayonunda 4,5 bal gücündə, yerli vaxtla saat 17:35-də baş verən zəlzələnin dərinliyinin 8,7 km olduğu bildirilib.