29 Mart 2023 15:32
2 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərdən sonra Nazirlər Kabinetinə yeni isimlər təyin edəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu, estafet yarışıdır. Namizədlər siyahısında olub-olmamasından asılı olmayaraq bütün dostlarımızla çiyin-çiyinə mübarizəmizi davam etdirəcəyik. Bu dam altında əyilmədən, yolunu azmadan hər kəsin xidmətinə ehtiyacımız var. Bu seçkidə də oxşar durumlar, oxşar dəyişikliklər olacaq. Budur bizim nazirlər, bu günə qədər Nazirlər Kabinetində göstərdikləri xidmətləri mayın 14-dən sonra parlamentdə davam etdirəcəklər. Nazirlər Kabinetinə yeni isimlər təyin edəcəyik. Namizəd siyahımızı aprelin 9-da açıqlayacağıq, siyahıda yeni isimlər olacaq”, - Ərdoğan bildirib.

Qalib gələcəyindən əminliyini vurğulayan Ərdoğan seçkilərdə rəhbərlik etdiyi hökumətə güvənin yeniləcəyini söyləyib:

“Bu dönəmin adı yüksəlişdir. Ölkəmizə daha çox qazandıracaq xidmətlərimiz var. Gedəcək çox uzun yolumuz var. Bunu son 21 ildə etdiyimiz kimi birlikdə edəcəyik. Hiylələri ilə bizə mane olmağa çalışanları, yenidən azğınlaşan separatçı və FETÖ-çü alçaqlarıı, bir sözlə, öz tələləri və oyunları ilə bu mübarək gedişi dayandıra biləcəklərini düşünən hər kəsə bir daha göstərəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər