30 Dekabr 2014 09:33
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Buşəhr vilayətinin cənubunda, Şonbeh şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Seysmoloji Xidməti xəbər yayıb.

Yerli vaxtla saat 7:49-da baş vermiş zəlzələ nəticəsində bəzi evlərə ziyan dəydiyi bildirilir.

Xilasedicilər və ekspert qrupu hadisə yerinə göndərilib, hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Bunu Buşəhr əyalətinin Fövqəladə halları idarəetmə ofisinin rəhbəri Kazim Muradi deyib.

İlkin məlumata görə bəzi evlərin divarlarında çatlar əmələ gəlib.

Şonbeh şəhəri Buşəhr şəhərinin 120 kilometr cənubunda yerləşir.
Qeyd edək ki, 2013-cü ilin aprel ayında Şonbeh şəhərində 6,1 bal gücündə zəlzələ baş vermişdi. Həmin zəlzələ nəticəsində 37 nəfər həlak olmuş, 850 nəfərdən artıq şəxs isə yaralanmışdı. Ümumilikdə, 700-dən çox ev tamamilə dağılmışdı.


Müəllif: